Xameneyinin müşaviri yenə müstəqil Azərbaycanın daxili işlərinə qarışır
Bu gün, 10:33
İranın ali rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib. TEREF yazır ki, özləri işğalçı Ermənistanla dost-qardaş olub Azərbaycana ağıl verməyə çalışan Xameneyinin müşaviri Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Qafqaz regionu və Azərbaycanla bağlı deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Onların arasında Əl-Culani ilə "sionist rejim" arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ən qızğın çağında İsrailə neft ixrac edib". "Siz onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar atılır?",- deyən Xameneyinin müşaviri həyasızcasına müstəqil Azərbaycanın daxili işlərinə qarışıb. (Hamshahri Online) Джавид Дамирли