Separatçıların oyunu baş tutmadı: erməni cəmiyyəti dəstək vermədi

Bu gün, 12:06           
Separatçıların oyunu baş tutmadı: erməni cəmiyyəti dəstək vermədi
Ermənistanda mənzillənmiş və artıq bir neçə gündür etiraz aksiyası keçirən Qarabağdan qaçmış erməni separatçıları dünən prosesi dayandırdıqlarını açıqlayıblar.

Tribunainfo.az xəbər verir ki, qondarma “Qarabağ Vətəndaş Hüquqlarını Müdafiə Şurası” adlı “təşkilat”ın çətiri altında gizlənmiş separatçılar hökumətlə danışıq aparacaqlarını bildiriblər.
“Şura”nın üzvü Apres Marqaryan deyib ki, onlar “Qarabağ nümayəndəliyinin” binasını da tərk edəcəklər. “Fəaliyyətimizi “Qarabağ nümayəndəliyi”nin binasından davam etdirməyi məqsədəuyğun hesab etmirik. Aksiyanı dayandırmağımıza səbəb bizə ictimai dəstəyin olmaması ilə bağlıdır. Şura isə yenidən təşkil olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru