Sarkisyanın “Ermənistan ərazisi azalıb” iddiasına Paşinyan hökuməti CAVAB VERDİ
Bu gün, 00:13
“Delimitasiya prosesi zamanı Ermənistan ərazisi 29 743 kv.km-dən 29 400 kv.km-ə qədər endirilib.
Bunu “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan sosial şəbəkə hesabında yazıb.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi Sarkisyanın delimitasiyadan sonra Ermənistanın ərazisinin 343 kv.kilometrə qədər azaldılması ilə bağlı bəyanatını şərh edib.
“Hazırda qeyd olunan məsələlərlə bağlı əlavə şərh yoxdur”, – ofisdən bildirilib.
Yeri gəlmişkən, Nikol Paşinyanın “Real Ermənistanıideologiyası” mövzusunda çıxışında deyilir ki, əsl Ermənistan 29,743 kvadrat kilometr ərazisi olan və beynəlxalq səviyyədə tanınan Respublikadır.
Xatırladaq ki, Sarkisyan SSRİ-nin dağılmasından sonra Ermənistanın ərazisinin 29 min 743 kvadrat kilometr olduğunu açıqlayıb. O iddia edib ki, delimitasiya prosesi zamanı 1974-cü ilin son, dəqiq xəritələrinə əsaslanıb. Bu xəritələrə əsasən isə ərazi 29 min 400 kvadrat kilometr olub. Azərbaycanla sülh müqaviləsi məhz bu 29,4 min kvadrat kilometr ərazi üzərindən imzalanacaq və həmin əraziləri təhlükəsiz edəcək./Globalinfo.az