İran ABŞ-ı vura biləcəyini açıqladı

8-06-2017, 09:48           

Suriya Müttəfiqlərinin operativ qərargahı ehtiyac yaranarsa, ABŞ-ın Suriyadakı mövqelərini vuracaq.

Axar.az xəbər verir ki, bunu Hizbullah və İranın üzv olduğu Suriya Müttəfiqlərinin operativ qərargahı yayıb.

“Suriyanın övladlarının və müttəfiqlərinin qanı ucuz deyil. Ehtiyac yaranarsa, biz ABŞ-ın Suriyadakı mövqelərini vuracağıq. ABŞ-ın son addımı qorxaqlıq və terrorizmlə mübarizədə ikiüzlülüyün sübutudur”, – deyə o bildirib.

Qeyd edək ki, dünən ABŞ Suriyada hökumətyönlü qüvvələrə zərbələr endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.