Rusiyanın varlığı Balkan yarımadası üçün təhdiddir.
Axar.az xəbər verir ki, bu sözləri Kosova lideri Haşim Saçi deyib.
Dövlət başçısı bildirib ki, Kosova suveren dövlətdir və öz ordusuna sahib olma haqqı var:
“Müstəqil ordunun yaradılması heç bir qüvvə üçün təhlükə yaratmır. Lakin Serbiyada yerləşdirilən Rusiya hərbi qüvvələri, xüsusilə qırıcıları ölkəmiz, eləcə də yarımada üçün üçün təhdid təşkil edir”.