“Qarabağdan nə vaxt çıxacaqsınız?” - Rus jurnalist Nalbandyanı pərt etdi

8-06-2017, 12:42           
“Qarabağdan nə vaxt çıxacaqsınız?” - Rus jurnalist Nalbandyanı pərt etdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında gözləmədiyi sualla qarşılaşıb.

AzVision.az DHA-ya istinadən xəbər verir ki, Nalbandyan ona Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.

Jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?” sualının qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir pərt şəkildə deyib: “Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”.

Daha sonra Nalbandyan münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupunun mövcud olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.