ABŞ prezidenti Donald Tramp yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyinə ABŞ administrasiyasındakı mənbə bildirib.
Məlumata əsasən, Tramp Putinlə Avropaya səfəri zamanı görüşmək niyyətindədir. İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Mayın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşməyi planlaşdırırlar.