Britaniyalı politoloq mərci uduzdu və kitabını yedi - VİDEO

11-06-2017, 08:23           

Britaniyalı politoloq seçkilərin nəticələrini düzgün tapmadığı üçün öz kitabının vərəqlərini yeyib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Metyu Qudvin mayda “Tvitter” səhifəsində vəd vermişdi ki, leyboristlər ən azı 38 faiz səs yığacağı təqdirdə özünün “Breksit” kitabının vərəqlərini yeyəcək. Seçkilərin nəticələri açıqlanandan sonra leyboristlərin 40 faiz səs topladığı məlum oldu. İzləyicilər isə dərhal politoloqa verdiyi vədi xatırlatdı.
Qudvin də sözünü tutub və “Sky News”-un canlı efirində kitabın vərəqlərini cıraraq ağzına basıb.
[media=https://www.youtube.com/watch?v=YkclwnnvBJk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.