“Bu ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirik” - Rusiyanı QƏZƏBLƏNDİRƏN BƏYANAT

13-06-2017, 08:11           

Şimali Atlantika İttifaqı (NATO) Makedoniyanın hərbi alyansa mümkün girişini dəstəkləyir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Makedoniyanın baş naziri Zoran Zayevlə görüşdən sonra bildirib.
“NATO-nun qapıları açıqdır. Biz gələcəkdə NATO-ya mümkün üzvlüyə gedən yolda Makedoniyanı dəstəkləməyə davam edəcəyik”, - NATO-nun rəhbəri deyib.
Daha əvvəl Makedoniyanın baş naziri bildirib ki, NATO-ya üzvlük üçün Makedoniya adını Yuqoslaviya ilə dəyişdirməyə hazırdır. Ölkənin adının dəyişdirilməsini isə Yunanıstan təkid edir.
Afina ilə Skopye arasında ad mübahisəsi Makedoniyanın 1991-ci ildə Yuqoslaviyadan ayrılmasından sonra başlanıb. Rəsmi Afina Yunanıstanın Makedoniya bölgəsi ilə səhv salınmaması üçün qonşu respublikanın adının dəyişdirilməsinə çalışır və Skopyenin NATO-ya üzv olmasını bloka alır. Yunanıstanın fikrincə, “Makedoniya” adı irredentizm siyasətini əks etdirir və Skopyenin ərazi iddialarına səbəb ola bilər. Yunanıstan mübahisənin həll edilməsinə qədər qonşu dövləti Keçmiş Yuqoslaviya Makedoniya Respublikası adlandırmağı tələb edir. Ölkə məhz bu cür adla BMT-yə daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.