AŞ PA həmməruzəçilərinə Kəlbəcər girovlarından danışılıb

13-06-2017, 08:36           

Bu gün Milli Məclisdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti olaraq ölkəmizdə səfərdə olan AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüş olub.

Görüş haqda AFN-ə məlumat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, maraqlı fikir mübadiləsi olub: "Müzakirələr zamanı ermənilərin qeyri-qanuni olaraq girov saxladıqları, əziyyət verdikləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırdım və onların ailələrinin AŞ PA da daxil olmaqla beynəlxalq təşkilatlara çağırışını səsləndirdim. Bildirdim ki, o ailələr bizimlə görüşündə, müraciətlərində AŞ PA-dan, o cümlədən Dağlıq Qarabağ üzrə alt komitənin rəhbəri kimi cənab Şennak da daxil olmaqla, qrupdan Dilqəm Əgərov və Şahbaz Quliyevin azadlığı istiqamətində səyləri daha da artırmalarını gözləyir. Qeyri-qanuni girov saxlanılan bu insanların vəziyyəti getdikcə daha da ağırlaşır və onların azad olunması üçün cənab Şennak və AŞ PA qurumlarının səylərinin daha da artmasına ciddi ehtiyac var və bu məsələni daim diqqətdə saxlamağı cənab Şennak qarşısında qaldırdıq. Cənab Şennak nümayəndə heyətinin bütün fikirləri kimi, bu məsələni də diqqətlə dinlədi və nəzərdə saxlayacağını bildirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin və onların ailəsinin yaşadığı acıları hamımız bilirik və paylaşırıq. Dövlətimiz onların azad olunması üçün çox çalışır. Təəssüf ki, qarşımızda belə şərəfsiz bir düşmən var. Allah Dilqəm Əsgərov və Şahbaz Quliyevə, onların əziz ailələrinə yardımçı olsun və qısa zamanda hər iki qardaşımızı azadlıqda, evlərində ailələrinin yanında görə bilək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.