Şirməmməd Hüseynovdan tarixçi alimə akademik dərs...

14-06-2017, 22:22           
Şirməmməd Hüseynovdan tarixçi alimə akademik dərs...
“Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil”

Bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.

Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə irsinin əsas araşdırmacısı olan qocaman jurnalist Şirməmməd Hüseynov məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Yaqub Mahmudov elə fikirləşir, bu onun fikridir. Onun fikirlərini ifadə etməyə mane ola bilmərik. Amma belə məsələlər üçün elmi konfrans keçirilməlidir. Əsaslar göstərilərək kimin nə rolu olub deyilməlidir. Mən isə sizə 10 iyun 2017-ci il tarixində 525-ci qəzetin 7 ci səhifəsində dərc olunmuş bir məqalədən sitat gətirirəm. Fikirlərin müəllifi Nərgiz Paşayevadır o, bu fikirləri Londonda “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatında səsləndirib.

“1951-ci ildə görkəmli şəxsiyyət, dövlət xadimi, ADR-in yaradıcısı, eyni zamanda alim, publisist , dramaturaq Məhəmməd Əmin Rəsulzadə Ankarada Azərbaycan şairi Nizaminin monoqrafiyasını çap etdirib."

Nərgiz Paşayeva da akademikdir, bu da onun Yaqub Mahmudova cavabı kimi bir şeydir. Onu da qeyd edim ki, Yaqub Mahmudov deyib ki, məni bu vəzifəyə təyin etmiş şəxs dünyanın ən dahi insanıdır.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.