Azərbaycanın valyuta ehtiyatları ARTIB

19-06-2017, 16:32           
Azərbaycanın valyuta ehtiyatları ARTIB
Mərkəzi Bank 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərini açıqlayıb.
Modern.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev bu barədə məlumat verərkən, ölkənin valyuta ehtiyatlarının artdığını deyib:
“Tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 mlrd. USD, 2016-cı ilin 3 ayında 1270.1 mlrd.dollar defisitin ardınca bu ilin yanvar-mart ayında 464 mln.

Dollar profisit yaranıb - yəni ölkənin xarici valyutada ehtiyatları artıb. Cari hesablar balansının saldosu da ötən ilki 432 mln. USD mənfi rəqəmdən bu il 380 mln. USD müsbət göstərici ilə əvəzlənib”.

R.Ağayev ölkəyə turist axınının kəskin artdığının rəqəmlərdə əks olunmadığını bildirib:

“Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 mln. dollar (4.3%) artaraq 669 mln. USD-ə çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb.

Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 mln. USD olub. Bu ötən ilin göstəricisindən 87 mln. USD (16.4%) çoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.