ATƏT PA-nın sədri: Dağlıq Qarabağ münaqişəsi məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub

11-10-2018, 07:11           
ATƏT PA-nın sədri: Dağlıq Qarabağ münaqişəsi məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib.

Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında mühüm uyğunsuzluqlara doğru aparmağından təəssüfləndiyini bildirib: "Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.