Belçika casusluqda ittiham olunan Çin məmurunu ABŞ-a yollayıb

11-10-2018, 07:20           
Belçika casusluqda ittiham olunan Çin məmurunu ABŞ-a yollayıb
Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Syu Xuey və Çjan Xuey adları ilə tanınan Syu Yantszünə qarşı bir sıra kosmik və aviasiya şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədi ilə iqtisadi casusluq ittihamı irəli sürülüb.

Bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi kişini Çin kəşfiyyatının əməkdaşı hesab edir. Onların fikrincə, o, Szyansu əyalətinin təhlükəsizlik idarəsinin şöbələrindən birinin müdir müavini vəzifəsini tutur.

İttihama görə, Çin vətəndaşı 2013-cü ildən öz fəaliyyətini ABŞ və onun hüdudlarından kənarda həyata keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.