Meksikada hərbi helikopter atəşə tutulub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb

2-05-2015, 08:30           
Meksikanın Xalisko ştatında naməlum silahlılar hərbi helikopteri atəşə tutub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, nəticədə 3 hərbçi ölüb, daha 12-si isə yaralanıb.

Qeyd olunur ki, mayın 1-də Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində iğtişaşlar baş verib. Bir qrup narkotik alveri ilə məşğul olan dəstə üzvü şəhərdə 10-dan çox avtomobili yandırıb. Regionda hərbçilərin iştirakı ilə narkotik kartellərə qarşı xüsusi əməliyyatın keçirildiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.