HƏMAS amerikalı əsir Edan Aleksandrı azad edib

13-05-2025, 10:34           
HƏMAS amerikalı əsir Edan Aleksandrı azad edib
Fələstinin HƏMAS təşkilatı ABŞ və İsrail vətəndaşı olan Edan Aleksandrı azad edərək Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
İqtisadiyyat.az xəbər verir ki, Edan Aleksandr hazırda Qızıl Xaçın müşayiəti ilə İsrail ərazisinə doğru yola salınıb.

Onun azad olunması məqsədilə son 5 gün ərzində ABŞ və HƏMAS nümayəndələri arasında intensiv danışıqlar aparılıb.

Qeyd edək ki, Edan Aleksandr oktyabr ayından bəri HƏMAS tərəfindən əsir saxlanılan şəxslərdən biri idi. Bu hadisə Vaşinqtonun münaqişənin həllinə dair vasitəçilik səyləri fonunda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru