Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlayır: 149 gəmi hədəfdə
Bu gün, 10:08
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiya paketində 149 gəmini "qara siyahı"ya salmağı planlaşdırır. İqtisadiyyat.az xəbər verir ki, bu barədə "EUobserver" nəşri yazıb.
Nəşrin məlumatına görə, hazırda Baltik və Şimal dənizlərində təxminən 25 neft tankeri üzməkdədir və bu gəmilər Rusiyanın neft embarqosunu pozmaqda ittiham olunan “kölgə donanması”na aiddir. Bu gəmilər, həmçinin neft sızmaları və ya dənizaltı kabel infrastrukturuna ziyan vurmaq kimi risklər yaratdığı üçün təhlükə mənbəyi sayılır.
Avropa Komissiyası bu tankerlərin də daxil olduğu ümumilikdə 149 gəmini sanksiyalar siyahısına salmağı təklif edir.
12 mayda Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bəyan edib ki, əgər günün sonunadək Ukraynada atəşkəsə nail olunmazsa, Almaniya tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı əlavə sanksiyaların hazırlanmasına başlayacaq.