Karlo Ançelotti Braziliya yığmasına baş məşqçi təyin edilib
Bu gün, 10:44
Braziliya milli futbol komandasının sükanı arxasına tanınmış italyan mütəxəssis Karlo Ançelotti gətirilib. İqtisadiyyat.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası Ançelotti ilə birillik müqavilə imzaladığını rəsmi şəkildə açıqlayıb.
Xatırladaq ki, 65 yaşlı baş məşqçi cari mövsümün sonunda İspaniyanın "Real Madrid" klubundan ayrılacaq və yeni vəzifəsinin icrasına başlayacaq.