Pro Liqa: "Ən-Nəsr" Ronaldusuz 9 qol vurdu, amma çempionluq şansını itirdi

13-05-2025, 09:28           
Pro Liqa: "Ən-Nəsr" Ronaldusuz 9 qol vurdu, amma çempionluq şansını itirdi
Səudiyyə Ərəbistanı Pro Liqasında 31-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" səfərdə autsayder "Əl-Ahdud"la qarşılaşıb.

Matça kapitan Kriştianu Ronaldusuz çıxan qonaqlar meydan sahiblərini darmadağın ediblər - 0:9.

Bu, komandanın mövsümdəki ən böyükhesablı qələbəsi olub. Lakin qələbəyə baxmayaraq, "Ən-Nəsr" çempionluq şansını itirib. Bu, çempionatın lideri "Əl-İttihad"ın "Əl-Feyha"nı 3:0 məğlub etməsindən sonra dəqiqləşib.

Sona 3 tur qalmış yarış cədvəlində üçüncü pilləni tutan "Ən-Nəsr" 63 xala malikdir və "Əl-İttihad"dan 11 xal geri qalır. "Əl-Ahdud" isə 28 xalla sondan əvvəlki - 17-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru