Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video

Bu gün, 00:06           
Qaradağ rayonunda qanunda güclü kimlərdir? -
Qarşıdan çimərlik mövsümü gəlir. Turizmin yaxşı gəlir gətirən qolu sayılan çimərlik potensialının gücləndirilməsinin gözlənildiyi bir məqamda Xəzər dənizinin suyu aktiv şəkildə çirkləndirilməyə davam edir.

TEREF oxu.az istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində Xəzər dənizinə iri borular vasitəsilə çirkab suları axıdılır.

Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, heç bir tədbir görülməyib. Məlumat üçün qeyd edək ki, borulardan birinin altına dəmir sahildə “altlıq” qoyularaq hündürə qaldırılıb və çirkab su təzyiqlə dənizə tökülür.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hadisə yerində mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, sözügedən məsələ ekosistemə çox ciddi ziyan vurur:

“Xəzərin suyu çəkiləndən sonra gizli borular üzə çıxıb. Bu borular vasitəsilə böyük kütlədə çirkab suları Xəzəri çirkləndirir. Çirkli su 30-40 metr məsafəyə qədər dənizin içərisinə gedir. Nəticədə canlı aləm də məhv olur. Bundan əlavə, oksigen istehsal edən, həmçinin balıqların qida mənbəyi olan yosunlar çirkab sularının təsiri ilə mazuta bulaşıb, sahil qaralmış yosunla doludur.

İstirahət mühiti qalmadığına görə çimərlik potensialı olan ərazi göz görə-görə məhv olur. Bu suların tərkibində elə kanserogen maddələr ola bilər ki, parçalanmadığı üçün müxtəlif canlı aləm nümayəndələri vasitəsilə orqanizmimizə daxil ola bilər. Bu maddələrin yayılmasında xüsusilə küləyi də qeyd etməliyik. Mövcud durum çox böyük fəsadların carçısıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı çox ciddi tədbir görməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.