Aztv də kadr dəyişiklikləri - Ranar Musayev sədr gəlir İDDİA

27-04-2021, 20:11           
Aztv də kadr dəyişiklikləri - Ranar Musayev sədr gəlir İDDİA
Qısa müddət öncə yazdığımız kimi Azərbaycan Televiziyasında narazılıq baş alıb gedir. İşdən zorla çıxarılan, buna etiraz edənlərin sayı hər gün artır. İşdən çıxarıldıqdan sonra Azərbaycan Televiziyasının qarşısında intihar etməyə cəhd edən Səidə Vəliyevanın hələ ki, yenidən işinə qayıtmadığı deyilir.
Teref.az xəbər verir ki, bunu müəllif redaksiyamızın poçtuna göndərdiyi məqaləsində qeyd edir.
Daha sonra müəllif yazır, həmçinin, televiziyanın şərlənərək işdən çıxarılan sürücü heyəti də geri qaytarılmayıb. Amma bu yaxınlarda onlara Azərbaycan Televiziyası daxilindən xəbər ötürülüb ki yaxınlarda işlərinə qayıdacaqlar. Çünki televiziyanın sədri Rövşən Məmmədov öz postunu hazırda bədii rəhbər olan Ranar Musayevə təhvil verməli olacaq. Hazırda Ranar Musayev televiziya daxilindəki narazılıqları yatırmaqla məşğuldur. O, narazı əməkdaşlarla təkbətək söhbətlər keçirib. Bildirib ki, bu yaxınlarda onların maaşları artırılacaq. Çünki sədr vəzifəsinə o gələcək.
Hazırda baş prodüser vəzifəsində çalışan Nazilə Babayeva isə vəzifəsindən uzaqlaşdırılmaq üzrədir. Onu Ranar Musayevin yaxın qohumu, hazırda redaktor vəzifəsində çalışan aktyor Ziya Ağa əvəz edəcək. Ranar Musayev kadrlar departamentinin rəhbəri İlhamə Hüseynovanın yerinə də öz variantını hazırlayıb. Həmin posta Azad Azərbaycan Televiziyasından transfer olunacaq.
Bir müddət əvvəl işdən qovulan Hüsniyyə Babayeva isə Mədəniyyət kanalına direktor təyin ediləcək.
Qeyd edək ki, son bir ildə vəzifələrə təyin olunan bütün əməkdaşlar yalnız və yalnız Ranar Musayevin təqdimatı əsasında baş verib. O ətrafını özü gəlməzdən əvvəl hazır edib.
Qeyd edək ki, Ranar Musayevin sədr gətirilməsi əməkdaşlar tərəfindən xoş qarşılanıb.
Rafiq Kəlbiyev
Teref.az olaraq adarı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.