Nazirliklərdən internat məktəbi ilə bağlı ittihamlara - Reaksiya

4-06-2016, 18:58           

Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi iyunun 2-də yayımlanan məqalədə 8 saylı internat məktəbi ilə bağlı iddialara reaksiya verib.

Məsələnin araşdırılması və həlli üçün yüksək səviyyədə göstəriş verilib və hər iki nazirliyin vəzifəli şəxsləri işə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Adıgözəl Adıgözəlov və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva yazıda qeyd edilən problemləri araşdırmağa başlayıblar. Hər iki vəzfiəli şəxs Xəzər rayon Polis idarəsində şikayətçi olan şəxslərlə görüşüb. A.Adıgözəlov tərəfindən bir daha həmin şəxslərin ifadəsi alınıb və sübut kimi təqdim olunan azyaşlı uşaqların yazdığı ifadələrə də götürülüb. Rəsmilər qeyd ediblər ki, məsələ bundan sonra şəxsən onların nəzarətində olacaq və təcavüz olayı barədə iddialar nazirlik tərəfindən təkrar araşdırılacaq.

Qeyd edək ki, 8 saylı sanatoriya tipli internat məktəbində psixiloq işləmiş İmarət Mehdiyeva, həmin məktəbdə övladı təhsil alan Aysel İbrahimova və K.B müraciət edərək məktəbdəki nizam-intizamsızlıqdan şikayətçi olduqlarını bildiriblər. İ.Mehdiyeva məktəbdə yuxarı sinif şagirdləri tərəfindən aşağı sinif şagirdi olan bir neçə oğlanın təcavüzə məruz qaldığını iddia edib. Valideyn K.B də 9 yaşlı oğlunun zorlandığını deyib.Bundan öncə Xəzər RPİ tərəfindən təcavüz hadisəsi barədə araşdırma aparılıb və iddianın öz təsdiqini tapmadığı bildirilib. Valideynlər isə istintaqdan narazı qalıblar.(qafqazinfo.az )












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.