Ucarda xalqın yolunu kəsən "ərəbzəngi" kimdir? - ŞİKAYƏT VAR
14-06-2016, 12:39
Ucar rayonu Lək kənd sakinləri tərəfindən teref.az -ya şikayət məktubu ünvanlanıb. Narazı sakinlər yazır:
"Ucar rayonu Lək kənd 1№ li tam orta məktəbin direktor müavini Əli Qasımovun öhdəsindən orqanlar gələ bilmir deyə yüzlərlə sakin buna görə zülm, əzab-əziyyət çəkir.
Belə ki, Ucar rayonunun Lək və qonşu Qazyan kənd sakinlərinə aqrar islahatlar zamanı verilmiş 350 hektara yaxın torpaq sahəsinə getmək üçün bir yol var ki, həmin yolu Qazyan kənd bələdiyyəsi və icra nümayəndəsi qanunsuz olaraq bağlayıblar.Səbəb kimi isə Lək kənd 1№ li tam orta məktəbinin direktor müavini Əli Qasımovun mal-qarasını məsuliyyətsizlik edib camaata məxsus əkin sahəsində otarmasıdır".
Daha sonra teref.az- ya daxil olan müraciətdə deyilir: "Bələdiyyə sədri və icra nümayəndəsi Əli müəllimin öhdəsindən gələ bilmədikləri üçün camaatın əkin sahəsinə gedən yolu bağlayıblar.Əkin sahəsini Əli müəllimin mal-qarasından qorumağın yolu bu deyil.Belə olanda adını pedaqoq qoymuş şəxsə xəbərdarlıq edilməlidir , nəticə olmadığı təqdirdə isə qanunda nəzərdə tutulmiuş qaydada inzibati məsuliyyətə cəlb edilməlidir.İndi isə əkin-biçinin qızğın vaxtında yola qapı qoyub qıfılla bağlayıblar ki, bu qəbul edilməz bir haldır.Bu barədə həttda polis sahə müvəkkilinə də edilən şikayət nəticəsiz qalıb.Məktəb direktorunun müavini Əli Qasımova isə gözün üstə qaşın var deyən yoxdur.Belə olan halda biz kənd sakinləri əlacsız qalıb Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirik müəllim adı daşıyan amma xuliqanlıq əməlləri ilə məşğul olan Ucar rayonu Lək kənd 1№ li tam orta məktəbin təlim tərbiyə işləri üzrə müavini Əli Qasımovun özünə təlim tərbiyə keçəsiniz ki, bəlkə mal-qarasını özgə sahələrində otarmadı bizimdə canımız zülmdən qurtula".
Qarşı tərəfi də dinləməyə hazırıq...