Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - VİDEO

4-12-2023, 10:25           
Bakıda kirayə mənzil tapmaq niyə çətinləşir? - VİDEO
Bakıda münasib qiymətə kirayə mənzil tapmaq günü-gündən qəlizləşir.

Qiymətlər son iki ildə nəzərəçarpacaq dərəcədə artıb.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, kirayə mənzil bazarında sonuncu dəfə 2020-ci ildə, yəni pandemiya dövründə ucuzlaşma olub:

“Sonrakı illərdə kirayə mənzil bazarında ciddi qiymət artımı baş verib. Əsas səbəb paytaxtda köhnə binaların sökülməsi və sakinlərin yeni evləri təhvil verilənə qədər kirayələrə köçürülməsidir. İndi köhnə binalardan mənzil tapmaq çox çətindir. Qiymət artımı da davam edir”.

Yeni tikililər də isə say baxımından fərqli vəziyyət hökm sürür. Çoxmərtəbəli binalarda daha çox kirayə mənzillər təklif edilir. Amma burada da qiymətlər əvvəlki illərlə müqayisədə dəfələrlə yüksəkdir.

Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonları ərazisində yerləşən kirayə mənzillərə daha çox tələbat var. Bu da ali təhsil müəssisələrinin və rəsmi iş yerlərinin əksəriyyətinin həmin ərazilərdə yerləşməsi ilə bağlıdır.

Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru