Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu gün, 16:14           
Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,23 bənd təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,22 bənd az, ötən il martın 1-nə nisbətən isə 0,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.