Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB

15-06-2025, 00:08           
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

"Putin Trampa ötən gün İran Prezidenti və İsrailin Baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.

Putin ABŞ liderinə Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.

Putin Trampı ad günü və Amerika Bayrağı Günü münasibətilə təbrik edib.

Söhbət zamanı liderlər aktual məsələlərin həllinə imkan verən mövcud əlaqələrdən məmnunluqlarını ifadə ediblər", - Uşakov qeyd edib.

Putin Trampa bildirib ki, Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır.

Prezidentin köməkçisi Putin-Tramp telefon danışığının 50 dəqiqə davam etdiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru