İran bu ölkələri vuracağını bəyan etdi - "Yeni hədəflərə çevriləcəklər..."

Bu gün, 08:44           
İran bu ölkələri vuracağını bəyan etdi -
İran ordusu İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir və onu müdafiə etmək qərarına gələn ölkələrin Yaxın Şərqdəki bazalarına zərbələr endirməyə hazırdır.

"AzPolitika" xəbər verir ki, bu barədə CNN telekanalı İran rəsmisinə istinadən məlumat yayıb.

“İsraili İranın edəcəklərindən qorumağa çalışan istənilən ölkə onun regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək.”, - deyə İran rəsmisi bildirib.

O həmçinin qeyd edib ki, Tehran qəti şəkildə cavab vermək hüququnu özündə saxlayır və İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir.

Xatırladaq ki, iyunun 13-də İsrail İran ərazisində 100-ə yaxın hədəfə zərbə endirib. Nəticədə ölkənin bir sıra hərbi liderləri həlak olub. İsrailin ilk zərbələrindən dərhal sonra ABŞ Dövlət katibi Marko Rubio ölkəsinin sözügedən hücumla əlaqəsinin olmadığını açıqlayıb. Həmin gün axşam saatlarında isə “Axios” portalı ABŞ Hərbi Hava Qüvvələrinin İsraildə İran raketlərinin zərərsizləşdirilməsində iştirak etdiyini yazıb.

İran isə öz növbəsində iyunun 13-ü axşam saatlarında İsrailə qarşı raketlərlə “Əsl vəd 3” hərbi əməliyyatına başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.