Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH

15-06-2025, 00:07           
 Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ona baha başa gələcək. Bu addımın İrəvan üçün siyasi-iqtisadi nəticələri çox ağır olacaq”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeniya Qoryuşina deyib.

“İlk növbədə, bu, həm AİB, həm də Rusiya ilə münasibətlər kontekstində siyasi riskdir. Vəziyyəti və iqtisadiyyatı nəzərə alsaq, ən çox zərər çəkən Ermənistan olacaq”, - Qoryuşina bildirib.

Onun sözlərinə görə, nəzəri cəhətdən Ermənistanın AİB-dən çıxması ölkəyə ÜDM-in 30-40 faizi itkisinə başa gələcək:

“İrəvan çətin keçid dövründən keçməli və Avropa İttifaqı kimi başqa bir bloka qoşulmaq istəsə, artıq formalaşmış və fəaliyyət göstərən qurumları yenidən strukturlaşdırmalı olacaq. Bu halda AİB-ə üzv dövlətlərdən Ermənistana qarşı məhdudiyyətlər istisna edilmir”.

Qoryuşina Ermənistanın AİB-də yaradacağı mümkün boşluğu Azərbaycanın dolduracacağına inanmır:

“Çünki Bakı bu gün siyasi manevrlər etmək və xarici siyasətini şaxələndirmək imkanına malikdir və müxtəlif qeyri-regional aktorlarla danışıqlar apara bilər. Birliyə mümkün üzvlük isə Azərbaycanın üzərinə müəyyən öhdəliklər qoyacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru