TURİZM BİZLİK DEYİL: Bakıya niyə qonaq gəlsin ki... - BELƏ BAHALIQDA...

Dünən, 12:27           
TURİZM BİZLİK DEYİL: Bakıya niyə qonaq gəlsin ki... - BELƏ BAHALIQDA...
Həqiqətən də turizm bizlik deyil... Həqiqətən də Bakıya niyə qonaq gəlsin ki? Bizim ki birdəfəlikdir... əlimizə keçən müştərini turist olub-olmamasından asılı olmayaraq rəsmən qarət edirik... Elə buna görə də kimsə Azərbaycanın nəinki xarici turistlər üçün, həm də elə yerli turistlərimiz üçün cəlbedici olduğunu iddia etməsin... Hər halda belə bir bahalıqda turistlər qabaqcadan əgər bir həftəlik səfər planlayırdısa, bir günə aradan çıxmaq zorunda qalır. Çünki pulu tükənir...

Elə aşağıda təqdim edəcəyimiz şikayətdə də bir yerli sakin qonağı olan turistləri gəzdirərkən üzləşdiyi mənzərədən gileylənir. "DİA-AZ" həmin giley dolu müraciəti təqdim edir:

"Dünən iki turistə Bilgəhdəki Kardioloji sanatoriyanı göstərirdim. Onun yanında yerləşən (aşağıda fotoları təqdim olunub -red.) restoranda yemək yeyəsi olduq. Həm yeməkləri dadsız idi... həm şəraitləri yox idi, hər yerdə natəmizlik idi, həm də qiymətlər həddindən artıq baha idi...

Təsəvvür edin, 3 xırda forel balığı 60 manata... "kartof free" 8 manat...

Nədən kimsə bütün bunları nəzarətinə almır ki? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi görəsən, hara baxır?"















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.