Məşhur inşaat şirkətinin vergi borcu üzə çıxdı - Məhkəmə şirkət rəhbərinə “stop” qoydu

Bu gün, 11:04           
Məşhur inşaat şirkətinin vergi borcu üzə çıxdı - Məhkəmə şirkət rəhbərinə “stop” qoydu
“Chinar İnşaat” şirkətinin külli miqdarda vergi borcu yaranıb.

Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 248 565,44 manat təşkil edir.

Borc ödənilmədiyinə görə, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edib. Qurum ərizəsində borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını istəyib.

Ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılıb. Məhkəmə qurumun ərizəsini təmin edərək “Chinar İnşaat” şirkətinin rəhbərinə “stop” qoyulması barədə qətnamə çıxarıb.
Qeyd edək ki, “Chinar İnşaat” şirkəti 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Vəliyev Novruz Valeh oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.