Ustaların başına daş töküldü, işlərini yarımçıq qoyub getdilər - Yasamal sakinləri QORXU içindəVİDEO
Bu gün, 10:18
Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə şikayət ərizəsi ünvanlayıblar.
Belə ki, binanın pilləkənləri qəzalı vəziyyətdədir və vətəndaşlar özlərini daim təhlükə altında hiss edirlər.
"Neçə ildir ki, əziyyət çəkirik. Qorxa-qorxa düşüb-çıxırıq. Yağış, külək olanda daha çox daş tökülür. Deyirlər ki, təmir edin. Ustalar düzəltməyə gəlmişdilər, başlarına daş töküldü deyə işlərini yarımçıq qoyub getdilər", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyil, kooperativ binadır və sakinlər qəzalı vəziyyətdə olan pilləkənləri öz vəsaitləri hesabına təmir etməlidirlər.