“QARADAĞ ŞÜŞƏ ZAVODU”nun külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 11:44
“QARADAĞ ŞÜŞƏ ZAVODU” Açıq Səhmdar Cəmiyyətinin dövlətə verbgi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, 1 milyon 401 min 847 manat 68 qəpik vergi borcu ilə diqqət çəkir.
ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 8, 23-cü km olaraq göstərilir. “QARADAĞ ŞÜŞƏ ZAVODU” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 35950630 AZN, qanuni təmsilçisi Ələsgər Mehdiyev Musa oğludur.