Maliyyə Nazirliyinin vəsaitlərinin banklara təsiri: İqtisadçıdan mühüm açıqlama VİDEO

Bu gün, 11:48           
Maliyyə Nazirliyinin vəsaitlərinin banklara təsiri:
Maliyyə Nazirliyi 2025-ci ilin aprel ayından başlayaraq dövlət büdcəsinin vəsaitlərini əsasən sistem əhəmiyyətli yerli banklara aşağı faizlə depozit kimi yerləşdirir.

Təkcə iyulun 11-də keçirilən hərraclarda banklara 7,25 ortaçəkili faiz dərəcəsi ilə 850 milyon manat vəsait qoyulub.

Maraqlıdır ki, nazirlik prosesə başlayan dövrdə ekspertlərin əksəriyyəti büdcə vəsaitlərinin banklara yerləşdirilməsinin kredit faizlərini azaldacağını bildirirdilər.

Bəs reallıqda vəziyyət necə dəyişib? Ucuz vəsaitlər müqabilində faizlər azalıb?

İqtisadçı Xalid Kərimli bildirib ki, Maliyyə Nazirliyinin yerləşdirdiyi depozitlərin kredit faizlərinə əhəmiyyətli təsiri müşahidə edilmir. Ekspert bankların kreditlərin faizlərinin azalmamasını Maliyyə Nazirliyinin depozitlərinin qısamüddətli olması ilə izah edib.

Bununla belə, bankların cəlb etdikləri vəsaitlərin faizi azalıb. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin başlanğıcında banklar yeni vəsaitləri 8,3 faizlə cəlb etmişdilərsə, iyunda bu göstərici 1,4 faiz bəndi azalaraq 6,9 faizə enib.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru