Xəzər rayonu MKTB zibildaşınması barədə açıqlama verdi MÖVQE

Bu gün, 11:41           
Xəzər rayonu MKTB zibildaşınması barədə açıqlama verdi MÖVQE
TEREF-in poçtuna Xəzər rayonu MKTB-ndən rayon ərazisində eşşək arabası ilə zibil yığılması ilə bağlı şikayətlə bağlı açıqlama verib. Açıqlamada deyilir:
Məsələ ilə əlaqədar bildiririk ki, Xəzər rayonu ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir.
Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.
Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.
Bununla əlaqədar gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılmışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru