Azərbaycan neftinin son qiyməti – Ucuzlaşdı

15-06-2017, 08:24           
Azərbaycan neftinin son qiyməti – Ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 48,31 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,72 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 47,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 13-də 45,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 13-də 46,8 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.