İsveçrə məhkəməsi azərbaycanlı oliqarxın oğluna hökm oxudu

15-07-2015, 13:18           
İsveçrə məhkəməsi azərbaycanlı oliqarxın oğluna hökm oxudu
2009-cu ildə İsveçrədə, Cenevrə gölünün sahili boyu uzanan şose yolda “Lamborghini” ilə şütüyərək qəza törədən və bir nəfərin yaralanmasına səbəb olan Ziya Babayev 2 il şərti həbs cəzası alıb. Virtualaz.org saytı xəbər verir ki, İsveçrə məhəkəməsinin qərarı haqda bu ölkədə nəşr olunan rusdilli “NashaGazeta” yazıb. Məhkəmə həmçinin Ziya Babayevi 10 min frank məbləğində cərimələyib.

Ziya Babayev Rusiyada yaşayan azərbaycanlı tikinti maqnatı, “Verso” şirkətlər qrupunun sahibi Mehrac Babayevin oğludur. O, Cenevrədə Moskva Dövlət Universitetinin filailında təhsil alırdı və 2009-cu ildə Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun oğulları işlə birlikdə idman avtomobilləri ilə sürət yarışına çıxarkən qəza törədib. Prokuror azərbaycanlı oliqarxın oğluna 5 il həbs cəzası tələb etmişdi. Bu baxımdan məhkəmənin qərarı onun üçün hədiyyə ola bilər. Məhkəmə zalında Babayev bildirib ki, törətdiyi əmələ görə peşimandır və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, sürət həddini aşdığını boynuna alır. Bununla belə Babayev 2009-cu ilin noyabr gecəsində baş vermiş hadisəni pis xatırladığını bildirib. Qəza törədərkən onun 22 yaşı var idi.

Müəyyən olunub ki, Babayevin idarə etdiyi “Lamborghini” qəza zamanı saatda 150 kilometr sürətlə hərəkət edib. Həmin yolda maksimal sürət həddi saatda 80 kilometrdir. Babayev qarşıda hərəkət edən, 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi “VolksvagenGolf” avtomobilini ötmək istəyərkən qəza törədib və alman ağır xəsarət alıb. Lakin o, Babayevdən şikayət etməyib. Çünki Babayevin valideyinləri onunla kompensasiya barədə razılığa gəliblər. Məbləğ məlum deyil. Azərbaycanlı oliqarxların uşaqlarının İsveçrədə törətdiyi bu qəza ilə bağlı dosyeni birazdan saytımızda oxuya bilərsiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.