5 ÖLKƏ TÜRKİYƏNİN BU HƏRBİ TEXNİKASINI ALMAQ ÜÇÜN SIRAYA GİRİB - Aralarında Azərbaycan da var + VİDEO

Bu gün, 16:23           
5 ÖLKƏ TÜRKİYƏNİN BU HƏRBİ TEXNİKASINI ALMAQ ÜÇÜN SIRAYA GİRİB - Aralarında Azərbaycan da var + VİDEO
Türkiyənin yerli istehsal olan “Altay” döyüş tankına beynəlxalq maraq günü-gündən artır.

“AzPolitika” xəbər verir ki, bu barədə müdafiə və hərbi texnologiyalar üzrə yayım edən “Army Recognition” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Qətər, Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və Oman “Altay” tankını öz invertarlarına daxil etmək üçün Türkiyə ilə danışıqlara başlayıblar. Qeyd olunub ki, Qətər birinci mərhələdə 40 “Altay” tankı sifariş verib. Hazırda istehsal olunan tankların yaxın iki il ərzində Qətərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki,Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış bu tank NATO-nun “Abrams”, “Leopard”, “Challenger” və “Leclerc” kimi müasir tankları ilə rəqabət apara biləcək xüsusiyyətlərə malikdir.

2024-cü ilin may ayında kütləvi istehsalına başlanan “Altay” tankı həm Türkiyə ordusu, həm də beynəlxalq bazar üçün mühüm alternativ təklif edir.


“Altay” Cənubi Koreyanın “K2 Qara Panter” tankından əldə edilən təcrübə ilə dizayn edilib və Türkiyənin Milli Tank İstehsalı Layihəsinin (MİTÜP) məhsulu kimi seçilir. 120 mm L/55 hamar lüləli top, “Aselsan” tərəfindən təmin edilən qabaqcıl atəş idarəetmə sistemi və “Roketsan” tərəfindən istehsal olunan modul kompozit zirehlə təchiz edilmiş tank döyüş meydanında üstün performans nümayiş etdirmək üçün hazırlanıb.

“Altay” əsas rəqibləri ilə müqayisədə bir sıra üstün xüsusiyyətlərə sahibdir. Belə ki, dizel mühərriki “Abrams”ın qaz turbin mühərrikindən daha az yanacaq sərf edir və daha asan texniki xidmət təklif edir. Həmçinin “Leopard 2A8” ilə müqayisədə tank əleyhinə idarə olunan raketlərə qarşı daha yüksək müdafiə təmin edir. “Leclerc”-ə görə, qorunma səviyyələrində daha çevikdir.


“Altay” tankının istehsalı dörd partiyada planlaşdırılıb və ümumilikdə 1000 ədəd istehsal edilməsi planlaşdırılırdı. İlk partiyada Cənubi Koreyalı mühərrik və transmissiya istifadə edilərkən, Türkiyədə inkişaf etdirilən “Batu V12” mühərrikinin növbəti partiyalarda istifadə ediləcəyi gözlənilir. Tankın dəyəri təxminən 13,75 milyon dollar qiymətləndirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.