"Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat

Bu gün, 16:26           
"Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bəyanatlar ölkənin əsas gündəmi oldu.

Qeyd edək ki, prezident Əliyev müsahibəsində Ermənistanla sülh müqaviləsi, sərhədlərin dəqiqləşməsi prosesi, Zəngəzur dəhlizinin açılması barədə sərt mövqe sərgilədi.
Bütün bunlar isə birmənalı qarşılanmayıb.
Ölkə başçısı xüsusilə Ermənistanın üzərində dayanaraq, bu ölkəni faşizmdə günahlandırdı.
Bu arada isə diqqəti çəkən Azərbaycana dost-qardaş ölkə olan Türkiyənin davranışları oldu.
Belə ki, Türkiyə xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyana zəng etdi.
Bundan əlavə, Hakan Fidan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün “tarixi” imkan pəncərəsi açılıb:
“İnanıram ki, Ermənistan da uzunmüddətli maraqlardan çıxış edir və Baş nazir Paşinyanın bu istiqamətdə müsbət müraciətini vacib hesab edirik. Paşinyan dinc mövqe ifadə edir və nizamlanmada irəliləyişə kömək edir. Biz tərəflər arasında vasitəçisiz danışıqları dəstəkləməyə davam edirik. İki ölkə arasında sülh bağlanması regionda yeni imkanlar açacaq”.
Azərbaycanla Türkiyənin strateji müttəfiq olmasını nəzərə alsaq, o zaman qardaş ölkənin XİN rəhbərinin İlham Əliyevin bəyanatının ardından bu fikirləri səsləndirməsi bir sıra suallar yaradır.
Əgər doğrudan da Türkiyə Azərbaycanla dostluğunda səmimidirsə, o zaman niyə bu tələsik mövqeni ifadə edir?
Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
Zahid Orucun sözlərinə görə, qeyd edilən bəyanatların zaman etibarilə eyni vaxta düşməsi qətiyyən ötən on illər ərzində, o cümlədən xüsusilə vətən müharibəsindən sonra Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini, qardaşlığını, Şuşa bəyanaməsinin prinsiplərini əsla pozmur, kölgə altına almır:
“Ona görə də hesab edirəm ki, burada zidiyyətlər axtarmaq yersiz olacaq. Fərqindəyik, son 2-3 gün ərzində biz daha çox o mövqələri, təhlilləri müşahidə edirik ki, həqiqətən də bir çoxları Türkiyə Azərbaycandan artıq fərqli siyasət yürütməyə başladığını, sərədlərin açılması müəyyən bir perspektivdə yaxın zamanlarda gerçəkləşəcəyini düşünür. Onun ardınca, Türkiyə hər hansı bir şərtlər qoymadan Ermənistanla diplomatik-siyasi münasibətlərini bərpa edəcək, sonra yəqin iqtisadi-ticarət əlaqələri də olacaq və bu məsələlər Azərbaycanın təklənməsinə səbəb olacaqdır deyə hesab edirlər. Həmçinin bir az daha uzağa gedənlər arzu etdiklərini, yəni Türkiyə və Azərbaycan arasında münasibətlərinin soyacağını gündəmə gətirirlər.
Düşünürəm ki, ilk növbədə Prezidentin bəyanatının əsas mahiyyətinə bir daha qayıtmağa ehtiyac var. Ölkə rəhbəri hansı kontekstdə Ermənistan dövlətini faşizm siyasətində ittiham elədi?
İlk növbədə 90-cı illərdən işğalın əsas liderləri, ideoloqu və müəlliflərindən biri olan Levon Ter-Petrosyan məlum açıqlamasının, Erkrapanın iclasında partiyasının hərbi qanadının qarşısında 600 illik ideallarını necə həyata keçiriblər və əsas azərbaycanlılar yaşayan əraziləri necə təmizləmələrə məruz qoyublar və qətiyyən bunlar açıq mətndən bildirilməsin.
Üstəlik, Ağdamın işğalı ilə bağlı mövqələr paylaşılmasın və elə bu öz-özlüyündə Bakıdan, o cümlədən digər Azərbaycan ərazilərinin gedən erməniləri də gətirdik ki, burada monoetnik mövqəyimizi gücləndirək və gərəkən say həddini alaq.
Çünki dövləti qurmaq üçün Avropada, ola bilər, Lüksemburqda 250-300 min insan kifayət etsin, amma bu regionda əhalinin bəlli bir kritik kütləsi yaranmalıdır, formalaşmalıdır. Ona görə düşünürəm ki, cənab Prezidentin faşizm təmayilini Levon Ter-Petrosyan üzərindən quruldu və digər iki prezidentlər də ondan sonra bu xətti davam etdiriblər. Söyləndi ki, Ermənistan dövləti bu xətti ya özü cəzalandırmalıdır, ya biz onu cəzalandıracayıqq. Faşizm məsələsi buradan üzə çıxdı. Niyə ölkə rəhbəri ondan sonra xüsusilə də Qərbi azərbaycanlılarla bağlı məsələni şərh edərkən Ermənistan baş nazirini regionda, yaxud xüsusilə də Avropada demokratiya sammitlərinə qatanlar, onu regionun əsas demokratiya simvolu, bayraqdarı hesab edənlər, Saakashvili’nin missiyasını onun üzərində qoyanlar, indi demokratlığını burada göstərsin ifadəsində deyil, daha çox faşist dövlət ifadəsindədir? Əgər Hakan Fidan bəyan edirsə ki, Paşinyan da bir sıra məsələlərdə davranışları yetərincə cəsarətlidir, təqdir olunur, məsələsindən çıxış edərək, yəni, əsas o arqumentinə, tezisinə söhkənib, Bakı və Ankara arasında hansısa məsələlərdə fikir ayrılıqları axtarılır? Mən əminəm ki, Türkiyə sona qədər bizlə birgə olacaq. Necə ki, prosesi artıq 22-23 ildir ki, Azərbaycanla eyni xətdə apardığı üçün bunun nəticəsi vətən müaribəsində qələbəmizlə ifadəsini tapıbdır və faktiki olaraq bu xətt nəyin ki, zərbə almayıb, tam əksinə, böyük nəticələr doğurub ki, Türkiyənin regional nüfuzu artıb. Ərdoğan dəfələrlə qlobal platformalarda bəyan edir ki, bizim Qarabağda, Azərbaycanın yanında, indi bəzən ifadələr fərqli kontekstdə səslənə bilər, amma siyasi, diplomatik yanında olmalarımız bizim qlobal güc olduğumuzu, qlobal dövlət olduğumuzu söbüt eləyir. Bəs elədirsə də, elə isə həqiqətən də sərhəd bağlamaq, Ermənistanla bağlı xəttə eyni mövqləri göstərmənin rəsmi Ankaranın maraqlarına qətiyyən ziyanı olmaz. Sərhəd açmaqla müəyyən bir gəlirlər götürmək mümkündür və bəlkə də, başqa bir zamanda Ermənistan iqtisadiyyatına sahib olub, onun hakimiyyətinə də, dövlətinə də təsir eləmək imkanları artar. Lakin bu, mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirmək, vazgeçmək olmaz. Mənim yekun qənaətim bu, qətiyyən qardaşlar arasında kim daha çox üzərinə risk götürür sualı verilməz. İsraildən ta Rusiyaya, başqa dövlətlərə münasibətlərdə onun kritik fazaları daxil olduğu dövrdə Azərbaycan üzərinə o riskləri götürərək hərəkət edib. Yəni, Türkiyənin bir sıra hallarda zərbələrini yaxşı mənada özünə qbul edib. Və ya əksinə, qardaş ölkə bu addımı atıb. Ona görə də vahid bir orqanizmi təşkil edən bu iki dövlətin varlığına canlı orqanizmdə hansı hissə daha çox gərəklidir sualı kimi yersiz görünür. Biz ümidvarıq ki, Paşinyanın sonuncu açıqlamalarından da çıxış edərək bir çoxları bəyan edirlər ki, onlar bu xəttin əleyhinədir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinə faşist desə, proseslər ayrı məcraya gedəcək. Cəmiyyətdə müxtəlif alqılar ola bilər, amma bu dövlət siyasətinə yansımasın. Paşinyan bununla göstərmək istəyir ki, bəli, o, həmin şəxslərində faşist kimi bir təmayili, kursu, Böyük Ermənistan adı ilə yürütdüyünün fərqindədir.
Ona görə də elə real Ermənistan kursunu irəliyə sürübdür.
O üzdən ölkə rəhbərinin çağırışını bu kontekstdə yekun dəyərləndirmək lazımdır. Dövlət Təhlükəsizlik orqanlarının təcridxanasında 2-3 gün sonra məhkəməsini Vardanianla başlayan şəxslər kimi, elə həmin bu cinayətlərə Ermənistan içərsində Koçaryan və Sarkisyan elə Petrasyanın o bəyinatına da cavab olaraq ki, bizim də nəzərlərimizdə 10 illər ərzində hərb və sülh çıxışına devrildiyinə görə ayrı obrazdaydı. İndi bəlli oldu ki, o təmizləmələrin orada müəllifləri kimdir, buradan da o qüvvələri necə aparıb. O üzdən əminəm ki, Türkiyə və Azərbaycan bu xəttdə sona qədər bir yerdədirlər”.
Orxan Saffari
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.