Rusiya Azərbaycana aqrar məhsulların ixracından gəlirini 7% artırıb

15-01-2025, 15:14           
Rusiya Azərbaycana aqrar məhsulların ixracından gəlirini 7% artırıb
2024-cü ilin yanvar-noyabr aylarında Rusiya Azərbaycana təxminən 720 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları tədarük edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

İndex.az xəbər verir ki, bu barədə “Aqroeksport” mərkəzi məlumat yayıb.

Məlumata görə, ən çox tədarük olunan 5 məhsul buğda (31 %), günəbaxan yağı (7 %), şokolad (7 %), un qənnadı məmulatları və şəkər (4 %), marqarin (3 %) olub.

“Azərbaycan artan tələbat və sıx ticarət əlaqələri sayəsində Rusiya ixracatçıları üçün mühüm və perspektivli bazardır”, – “Aqroeksport”dan vurğulanıb.

2023-cü ildə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin dəyəri rekord məbləğdə – 1,5 milyard ABŞ dolları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru