İngiltərə Premyer Liqası: "Çelsi" məğlubiyyətdən son anda qurtuldu

15-01-2025, 15:38           
İngiltərə Premyer Liqası: "Çelsi" məğlubiyyətdən son anda qurtuldu
İngiltərə Premyer Liqasında 21-ci turun qarşılaşmaları oynanılır.

Oxu.Az xəbər verir ki, doğma azarkeşləri önündə "Bornmut"u qəbul edən "Çelsi" məğlubiyyətdən son anda qurtulub.

Oyunda hesabı "zadəganlar" açsalar da, sonradan 2 ardıcıl qol buraxaraq məğlub duruma düşüblər. Lakin 90+5-ci dəqiqədə fərqlənməklə London klubu heç-heçəni təmin etməyi bacarıb - 2:2.

Hazırda "Çelsi" 37 xalla turnir cədvəlində 4-cü pillədədir. "Bornmut" isə 34 xalla 7-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru