Parqalı İbrahimin aqibəti və Gülbalanın heykəli - Foto+Video

20-08-2017, 20:27           

Dövlət başçısı regionlarımızı millət vəkillərindən çox gəzir. Bir neçə gündə təxminən 5 rayonda infrastrukturlarla maraqlanır, yeni tililişlərin açılışını edir, kənd təsərrüfatı sahəsinin adamları ilə söhbətlər aparır və xülasə demək olar ki, çatışmayan paranı da verir ki, regionlarımızın inkişafı dayanmasın. Hətta cənab prezidentin gəzdiyi bu rayonların hərəsinin bir və ya iki millət vəkili də var. Əsas məsələ nədir. Cənab prezidentin qərb bölgəsinə səfəri mənə Sultan Suleymanın səhv etmirəmsə Venedik səfərini xatırlatdı. Parqalı İbrahim vəziri-azam bəzilərindən fərqli olaraq özünə heykəl qoydurmuşdu. Həmdə Sultan Suleymanın səfərdə olduğu vaxt. İndi həmin ssenari bir-birinə çox oxşardı.
Millət vəkili deyir ki, atasına heykəli sovet qoyub, sosialist əməyi qəhrəmanı olması münasibətilə ...Olsun!..Amma burda sovetlərdən bizə qalan bir şey yoxdu. Heç Lenin də yoxdu. Lenin olmayandan sonra Gülabba Xəlilovun heykəli nəyə lazım idi axı...

Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında o zaman belə bir müraciət formalı yazı çıxıbmış ki, bəs kəndin “uezdinin başı” görünmür, kim onun başını görsə həmən Molla Nəsrəddin jurnalına xəbər versin. Molla Nəsrəddin jurnalının sabahkı sayında isə camaata ikinci müraciət forması çap olur ki, ay camaat, siz əziyyət çəkib uezdin başını axtarmayın, çünki onun yerli - dibli başı yox imiş..
Və nəhayət bir gün...

Sultan Suleyman eşidir ki, bəs Parqlı İbrahim özünə heykəl “qayırıb” və bəzi yerlərdədə yaman danışır. Hətta deyir ki, paytaxtın 7 təpəsində heykəllərim önünüdə diz çökəcək qullarım. Və sair..və sair..Sultan Süleyman parqalı İbrahimə deyir:

-Parqalı İbrahim! Balıqçı Manolisin oğlu Teo..nədir səni böyle kibirə sürükləyən? Mənmiyim, mənim sənə bəxş etdiyim qüdrətmi?.

Məncə, bax bu filmin burasına qədər yetər. İndi Rüstəm Xəlilovu bu heykəli yenidən ortaya çıxartmağa nə vadar edirdi ki..? Sultan Suleyman demiş, cənab prezidentin bunlara bəxş etdiyi qütrətmi? Yoxsa...Hətta Sabirabad qullarına onun heykəlini ziyarət etməsini də tövsiyə etdiyini yazırlar. Mənnən deməkdi bu işin axırı yaxşı görünmür...

İndi cənab prezident Gədəbəy rayonuna səfər edib. Orda, Qızıltorpaq yolunun üstündə bir çoban heykəli var. Deyilənə görə bu çoban sosialist “zad” nə olduğunu bilmiyib. Sadəcə çoban! - Ona da heykəli sovet qoyub. Amma fərqlisi odur ki, Gədəbəy camaatı bu heykəli də, o çobanı da çox sevirlər...
[media=https://www.youtube.com/watch?v=2Ydj20odJGE]
Şəfayət Avılbəyli Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.