Miqrantlar Almaniyadan evlərinə rekord məbləğ göndəriblər

29-08-2017, 09:39           
Miqrantlar Almaniyadan evlərinə rekord məbləğ göndəriblər
Almaniyada işləyən miqrantlar 2016-cı ildə ümumilikdə evlərinə 4,2 milyard avro pul göndəriblər. Bu ölkənin 1990-cı ildə birləşməsindən sonra ən böyük məbləğdir.

teref.az-nun Lenta.ru-ya istinadən verdiyi məlumata görə, ən çox Türkiyə miqrantları evlərinə pul köçürüblər - 800 milyon avroya yaxın. Qeyd edilir ki, bu məbləğ artıq bir neçə il ərzində stabildir. Suriyaya isə köçürülən vəsaitlərin həcmi 4 dəfə artıb - 18 milyon avrodan 67 milyona qədər.

2015-ci il ilə müqayisədə köçürmələrin ümumi məbləği 700 milyon avro artıb.

Müxtəlif rəqəmlərə əsasən, Almaniyada 4-5 milyon müsəlman yaşayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.