“Qaynanam deyir ki, uşaq tezdir, həyatınızı yaşayın”
21-04-2015, 10:32
Kəmalə Qaramollayeva ailə həyatından danışıb. Gecce.az xəbər verir ki, hər zaman çəkisini qoruyub saxlayan ifaçı həyat yoldaşını da bu yola çəkib.
“İdman etmirəm, əvvəllər yoqa ilə məşğul olardım. Sadəcə düzgün qidalnamağa fikir verirəm. Gündəlik rasionumda salatlara üstünlük verirəm. Siqaret və içkidən uzağam. Həyat yoldaşımı da düzgün qidalanmağa öyrətmişəm. Ailə qurduqdan sonra bütün diqqətimi həyat yoldaşıma sərf edirəm. “
Gənc müğənni uşaq barədə düşündüyün də söyləyib.
“İkinci ildir ki, evliyik. Birinci ili ancaq gəzib dolaşmağa üstünlük verirdik. Qaynanam da deyirdi ki, uşaq olanda başınız qarışacaq. Həyatınızı yaşayın. Cavanlıq edin. Biz də yavaş-yavaş düşünürük.”