Murad Dadaşovun yeni məşğuliyyəti: "Yemək hazırlamaq"
21-04-2015, 13:23
Əməkdar artist Murad Dadaşov yeni layihə edəcək.
Dia.az-ın məlumatına görə, AzərTac-a müsahibə verən şoumen dünya mətbəxi ilə bağlı veriliş edəcəyini deyib:
“Son vaxtlar ən çox sevdiyim məşğuliyyət yemək hazırlamaqdır. Arıqlamaq üçün bir çox yollara əl atdım, müəyyən çəkidən xilas oldum. Dünyanı gəzdim, yenə də yeməyin üstünə gəldim. Onu hazırlamaq, təqdim etmək xüsusi bir prosesdir. Yeni ideyalar əldə etdim. Buna baxmayaraq, evdə yemək bişirmirəm. İndi davam edən layihələrim başa çatdıqdan sonra dünya mətbəxi ilə bağlı veriliş hazırlayacam. Bütün dünyanı gəzib, yeməklərindən yeyəcəm. Dadını da tamaşaçılara vizual olaraq çatdıracam”.