Elnarə Təhməzova: "Mənim xalam qızı yoxdur”.

22-04-2015, 10:46           
Elnarə Təhməzova: "Mənim xalam qızı yoxdur”.
“Mənim və “İncə+” verilişinin adından istifadə edirlər. Bir xanım kosmetoloqların yanına gedib deyir ki, Elnarənin xalası qızıyam. Özü üçün pulsuz prosedurlar elətdirir. Mənim xalam qızı yoxdur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri ANS-in aparıcısı Elnarə Təhməzova “İncə+” verilişində deyib. O, insanlara müraciət edərək, aldanmamalarını bildirib:

“Nigar adlı bir qız bizə müraciət etmişdi ki, dietoloq məsləhət görək. Arıqlamaq istəyirdi. Biz də təmənnasız onu həkimə yönəltdik. Arıqlama prosesi normal gedirdi. Amma sonradan başqa hərəkətlərə yol verib. Bu qız gedib salonlara deyir ki, mənə filan proseduru edin. Ayıbdır, insanın ədəb-ərkanı olar. Sabahı gedib salonlardan bizim adımızla pul da yığar. Buradan bütün insanlara müraciət edirəm: heç kim belə hallara aldanmasın. Biz veriliş adından lazım gələndə özümüz danışırıq. Heç kimi özbaşına salona, dietoloqa yollamırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.