Conni Depp arvadı haqqında dostuna yazdığı mesajın hesabını məhkəmədə verəcək - FOTO

27-12-2021, 17:53           
Conni Depp arvadı haqqında dostuna yazdığı mesajın hesabını məhkəmədə verəcək - FOTO
Hollivud aktyorları Conni Depp və keçmiş arvadı Ember Herd arasındakı proseslər zamanı səsləndirilən daha bir ittiham qalmaqala səbəb olub.

Səs-küyə səbəb Deppin aktyor həmkarı Pol Bettani ilə keçmiş həyat yoldaşı ilə bağlı danışığı olub. Belə ki, o, həmkarı ilə şəxsi yazışmalarında keçmiş arvadından ən yaxşı şəkildə necə qurtulmağın yolunu müzakirə edib.

İfadələrinin birində Depp Herdin yandırılmasını təklif edib.

Bettani isə cavabında belə deyib: “Məncə onu yandırmaq lazım deyil. Axı o, cadugər deyil. Üstəlik, gözəldir. Bəlkə boğaq? Nə fikirləşirsən?”

“Gəl əvvəl onu boğaq, sonra yandıraq”, - deyə Depp təklifin şiddətini artırıb.

Boşanma işi üzrə növbəti məhkəmə iclasında bu yazışmalar oxunub.

Hazırda Depp sübut etməyə çalışır ki, bunlar təhdid yox, sadəcə qara yumor olub.

Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.