Məşhur müğənni: “İçəndə özümü saxlaya bilmirəm”

27-12-2021, 19:33           
Məşhur müğənni:
Rusiyalı məşhur müğənni Dima Bilan sərxoş halda “Instagram”da canlı yayıma çıxıb və özünə “bir az içməyə” icazə verdiyini etiraf edib.

Məlum olub ki, 40 yaşlı sənətçinin həqiqətən də spirtli içkilərlə bağlı problemləri var, lakin o, özünü idarə etməyə çalışır.

“Təəssüf ki, belə bir problemim var. İçəndə özümü saxlaya bilmirəm. Mənə elə gəlir ki, elə bir ailə yoxdur ki, orada belə problem olmasın. Mən nə deyə bilərəm?! Bütün Avropa belə içir”, - deyə o bildirib.

Mənbə: Star hit












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.