Müğənni Üzeyir Mehdizadə ilə meyxanaçı Pərviz Bülbülə uzun müddətdir küsülüdür.
Axşam.az xəbər verir ki, ifaçılar bu günlərdə birlikdə verilişə dəvət olunsalar da, Üzeyir imtina edib. O, bildirib ki, Pərvizlə üz-üzə gəlmək istəmir.
Buna səbəb isə bir neçə müddət əvvəl atasını və əmisini itirən Üzeyirə Pərvizin başsağlığı verməməsi olub. Yasa gəlməyən P.Bülbülə həmkarının xətrinə dəyib.