Sevgilisi ilə xəstəxanaya gedən Hadisədən qəribə davranış - VİDEO
30-12-2021, 09:25
Bir müddətdir sevgili olan türkiyəli məşhur müğənni Hadisə ilə iş adamı Mehmet Dinçerler ötən axşam özəl xəstəxanaya gediblər. Mətbuat mənsublarını görən cütlük xəstəxanadan çıxadıqdan sonra qaçmağa başlayıblar.
Kameralara tuş gələn məşhurlar maşınları ilə evə gedərkən yol hərəkəti qaydalarına da məhəl qoymayıblar. Onlar mətbuat mənsublarının onların arxasınca getdiyini görüb, əvvəlcə işıqforun qırmızı işığında keçiblər, daha sonra polisdən qaçmağa çalışıblar.
Avtomobildə maska ilə oturan cütlük jurnalistlərin suallarını cavabsız qoyublar.