Aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, müğənni Akif İslamzadənin "Ötən günlərimi qaytaraydılar" mahnısını yayımlayıb. Daha sonra Əlizadə paylaşımına bunları da əlavə edib:
"Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Eh. Günü-gündən dəyəri düşən, qiyməti qalxan dünya".
Qeyd edək ki, Vüsalə Əlizadə hazırda "ATV" kanalında yayımlanan "7 canlı" verilişinin aparıcısıdır.